Cümə axşamı, 2024-11-21, 7:33 AM

Salam Qonaq | RSS
Sayt menu
Bölmələr
Məzəli şəkillər [20]
Təbiət qəribəlikləri [5]
Karikaturalar [4]
Avtomobil [8]
Lətifələr [37]
Hazır SMS [0]
Mobil [6]
Idman [3]
Video [2]
Kitablar [3]
Satiralar [7]
Mif və rəvayətlər [6]
Reklamlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ana səhifə» 2008 » Mart » 29 » BİR DE BİR AĞILLI PADŞAH
BİR DE BİR AĞILLI PADŞAH
6:45 AM

Deyirlər ki, Teymur Ləngin hakimiyyəti illərində bir şəhərdə

böyük bir iğtişaş qalxır. Əhali şəhərin hakimini, fərraşlarını tutub zindana

salır. Teymur Ləng o qədər hirslənir ki, özü böyük bir ordu götürüb

şəhər əhalisinə cəza verməyə gedir. Ancaq əhali şəhər qapılarını

bağlayıb müharibəyə başlayır. Teymur nə qədər əlləşirsə, şəhərə girə

bilmir. Bir neçə dəfə hücum eləyirsə də, ancaq öz qoşununu qırdırır.

Axırda qasidi yanına çağırır ki:

– Hazırlaş, bir məktub yazım, apar ver vəzirə! Gərək bu həftənin

içində bu şəhərin məsələsini qurtaram.

Sonra kağız- qələm götürüb yazır, yazır, axırda üzünü yanındakı

adamlarına tutub deyir:

– Yazdım ki, tez bir dəstə atlı, bir dəstə piyada, bir dəstə oxatan,

bir dəstə mancanaqçı göndərsinlər. Deyin görüm, daha nə lazımdır ki,

şəhərin əncamını çəkək?

Molla Nəsrəddin də bu məclisdə imiş. Teymur Ləng onu da özü

ilə aparmış imiş.

Molla deyir:

– Bu şəhərin əncamını çəkmək üçün o yazdığınız şeylərin heç biri

lazım deyil. Siz yazın ki, bircə dənə ağıllı padşah göndərsinlər. Belə

bir padşah tapılsa, davasız-şavasız hər şey düzələr.

 
 
 
Bölmə: Lətifələr | Baxıldı: 1226 | Müəllif: admin | Reytinq: 0.0/0 |
Ümumi şərhlər: 0
Only registered users can add comments.
[ Register | Log in ]
Qeydiyyat
Təqvim
«  Mart 2008  »
B.B.e.Ç.a.Ç.C.a.C.Ş.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
 
Dost saytlar

 

Sayğaclar
 
 
 
 
Copyright "AyTur" Group © 2024