|
Ana səhifə » Satiralar
KİŞİLƏR
Biz almışıq arvad, alaq çəkməyə, Almamışıq zülfə daraq çəkməyə. Biz almışıq: arvad ola cariyə, Almamışıq: xanım olub yariyə.
Biz almışıq övrəti iş görməyə, Almamışıq, gündə saçın hörməyə. Biz almışıq qayınana saxlasın, Almamışıq, gecə-gündüz yuxlasın.
|
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fə’lə də özün daxili-insan edir imdi.
Olmaz bu ki, hər əmrə dəxalət edə fə’lə,
Dövlətli olan yerdə cəsarət edə fə’lə,
Asudə nəfəs çəkməyə halət edə fə’lə,
Yainki hüquq üstə ədavət edə fə’lə...
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fə’lə də özün daxili-insan edir imdi.
|
Əfsus qocaldım, ağacım düşdü əlimdən,
Səd heyf cəvanlıq!
Zə’f eylədi aciz məni, qaldım əməlimdən,
Çəkdim nə ziyanlıq!
Saldıqca cəvanlıqda keçən günləri yadə
Dərdim olur on qat!
Ya rəb, yetərəm bir də mi dünyadə muradə?
Heyhat və heyhat!
|
MAHİ-KƏN’ANIN BATIB, EY PİRİ-KƏN’AN, QƏM YEMƏ!
Mahi-Kən’anın batıb, ey piri-Kən’an, qəm yemə!
Ta gülüstanın olubdur beyti-ehzan, qəm yemə!
Ey dili-möhnətzədə, ol şad, ləbrizi-sürur,
Kəsb namərdi qılar əfkarü vicdan, qəm yemə!
Olmadı məqsudunuzca dövri-çərxi-gəcmədar,
Qalmalıdır böylə halət üzrə dövran paydar,
Qismətindir, etgilən həm ruz, həm şəb nalə, zar,
Ey rəiyyət, ey fəqirü fəhlə, dehqan, qəm yemə!
| |
| |
Təqvim |
|
|
« Sentyabr 2024 » | B. | B.e. | Ç.a. | Ç. | C.a. | C. | Ş. | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
|
|
|