Cümə axşamı, 2024-11-21, 12:56 PM

Salam Qonaq | RSS
Sayt menu
Bölmələr
Məzəli şəkillər [20]
Təbiət qəribəlikləri [5]
Karikaturalar [4]
Avtomobil [8]
Lətifələr [37]
Hazır SMS [0]
Mobil [6]
Idman [3]
Video [2]
Kitablar [3]
Satiralar [7]
Mif və rəvayətlər [6]
Reklamlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ana səhifə» 2008 » May » 26 » Oxumaq...
Oxumaq...
7:46 AM

BİLMƏM NƏ GÖRÜBDÜR BİZİM OĞLAN OXUMAQDAN?!

 

Bilməm nə görübdür bizim oğlan oxumaqdan?!

Dəng oldu qulağım!

Jurnal, qəzetə, hərzəvü hədyan oxumaqdan

İncəldi uşağım!

Əqlin aparıb bəs ki, baxır gündə qərayə,

Ya rəb, nə həmaqət!

Söz etməz əsər, çarə qalıb imdi duayə,

Tədbir elə, övrət!

Lə’nət sənə, ifritə, sənindir bu cəhalət,

Etdin nə xəyanət!

Səndən törənibdir bizim evdə belə bid’ət,

Ey mayeyi-hiylət!

Dutsun çörəyim gözlərinin ağü qarasın,

Ey həmsəri-bədxah!

Haşa, oda yaxmaz ana istəkli balasın,

Kəssin səni allah!

Bu tifli oxutmaqlığa etdin məni tərğib,

Həp eylədin iğva.

İmdi nədi fikrin? İşimiz oldu bu tərkib,

Yox çarəsi əsla.

Heyhat ki, tədbir ola bu xanəxərabə,

Zail olub əqli.

Dərsə, qəzetə, məktəbə, jurnalə, kitabə

Mail olub əqli.

Yıxdın evimi, eylədin övladımı zaye,

İş keçdi məhəldən.

Mən anlamıram elm nədir, ya ki sənaye,

Zarəm bu əməldən!

İstərdim o da mən kimi bir hörmətə çatsın,

Dünyadə  dolansın;

Ta qol gücünə malik olub şöhrətə çatsın,

Azadə dolansın;

Bir vəqtidir imdi ki, olub Rüstəmi-dövran,

Bir ad qazanaydı;

Qarətlər edib ta ki, tapaydı sərü saman,

Bir şey də qanaydı.

Puç eylədin, övrət, bu gözəl, sadə cəvani!

Dilbilməz oğul, vay!

Rəngi saralıb, qalmıyıb əsla yarı cani,

Bir gülməz oğul, vay!

Ax, naxələf oğlum, nə çətin4 məşqə düşübsən,

Ey kaş, usanaydın!

Quldurluğa yox, elmə tərəf eşqə düşübsən,

Bu qübhü qanaydın!

Ey nuri-düçeşmim, oxumaqdan həzər eylə,

Saleh vələd ol, gəl!

At min, hünər öyrəş, məni də bəxtəvər eylə,

İşdə bələd ol, gəl!

Bəsdir oxudun, az qala canın tələf oldu,

Bu kardən əl çək!

Yazmaq, oxumaq başına əngəl-kələf oldu,

Əş’ardən əl çək!

Min elm oxuyub söz biləsən hörmətin olmaz

Bu dari-cəhanda;

Söz bəhrinə gövhər olasan qiymətin olmaz

Xasə bu zəmanda.

Yox, yox, baxıram fikrinə, səndən oğul olmaz,

Canın bəcəhənnəm!

Mırt-mırt oxumaqdan, kişi, bir qan ki, pul

olmaz!

Mırtılda dəmadəm,

Qıl elm fərahəm,

Ol qüssəyə həmdəm;

Ömrün olacaq kəm,

Düşmən sənə aləm!..

 

HOPHOPNAMƏ

Bölmə: Satiralar | Baxıldı: 1334 | Müəllif: funny | Reytinq: 0.0/0 |
Ümumi şərhlər: 0
Only registered users can add comments.
[ Register | Log in ]
Qeydiyyat
Təqvim
«  May 2008  »
B.B.e.Ç.a.Ç.C.a.C.Ş.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Axtar
 
Dost saytlar

 

Sayğaclar
 
 
 
 
Copyright "AyTur" Group © 2024