|
Ana səhifə » Mif və rəvayətlər
Deyirlər ki, qədim zamanlarda yer üzündə iki dev varımış. Bu
devlərin biri Məğribdə, o birisi Məşriqdə yaşayırmış. Bunlar qoldaqüvvətdə
bir-birindən geri qalmazmış. Hər ikisi öz igidliyindən
dəm vurub “mənəm-mənəm” deyərmiş.
Onlar bir-birinin haqqında çox eşidibmiş, amma heç vaxt görüşməyiblərmiş.
“İki qoçun başı bir qazanda qaynamaz!” – deyib,
Naxçıvanda görüşmək qərarına gəlirlər.
Davamı
|
Bir zalım şah varmış. Bu şahın zülmü ərşə dayanıbmış. Vəzirvəkili
də onun əlindən baş götürüb dağlara qaçıbmış.
Şahın xəzinəsində qızıl, gümüş, cavahirat ildən-ilə artdıqca ölkə
xarabazarlığa çevrilirmiş. Kotan tutmalı, əkin əkməli olan əllər qılınc,
nizə, qalxan tuturmuş.
Şah bir gün yenə də şeypurları səsləndirdi. Ən ucqar kəndlərə
də yasavulların göndərib yenicə ərsəyə gəlmiş cavanları səfərbərliyə
almağı tapşırdı. Davamı
|
Çərxi-dəvvarə adında bir əv varımış. Bı əvin bütün divarrarının
içi də, çölü də qeyipdən yazılıydı. Bı yazılar tilsimatlıydı. Əv gecəgündüz
durmadan fırranırdı. Çox möhkəm fırrandığınnan yazıları
oxumax olmurdu. Ancax ildə bir dəfə bı əv bir annığa dayanır, sora
elə o sahat da başdıyırmış fırranmağa. Əvin dayandığı gün camahat
bərəmum götürüp gedirmişdər ora.
|
Bir Rüstəm pəhləvan varıymış. Yekə bir adamıymış. Elə yekəymiş
ki, hər qapıya sığışmazmış.
Bir gün Süleyman peyğəmbər deyir: “Nə ki inni-cinni var, hamısını
qonaq çağıracağam”. Hər quşdan ikisini, hər heyvandan ikisini,
hər millətdən ikisini qonaq çağırır.
Hamı gəlir, keçib oturur. Divlərin padşahı da gəlir, o da keçib
oturur.
|
Gəmi əhvalatı
Deyilənə görə Nuh Nəbi bilirmiş ki, tufan baş verəcək dünyanın
üzünü su alacaq. Odur ki, böyük bir gəmi düzəltmək qərarına gəldi.
Günbatanda bir meşə var idi. Gün arxasına keçəndə kölgəsi günçıxanı
tuturdu. Ağacların gövdəsinə qırx arşın ip-kəndir çatmazdı.
Meşədə Ac adlı bir pəhləvan yaşayırdı. Biləyində öküz zoru var
idi. İş-peşəsi el-obanın ilxısına, naxırına zərər vurmağıydı. Hər
öynədə bir öküz yeyir, üstündən üç tuluq su içib doymurdu.
Nuh Nəbi pəhləvanı yanına çağırdı.
Davamı...
|
Kişi ve Əzrayıl
Bir kişi varıymış. Bı kişi ömründə çörəyi təh yeməzmiş. Həmməşə
yoldan bir adam götürüp gələrmiş əvə, birlihdə çörəh yeyərmişdər.
Bir gün ha baxır bir qərip adam görmür ki, gətirsin çörəh yesinnər.
Oyız, bıyız, axırda görür ki, bir adam yolunan gedir. Yaxınnaşıp soruşur
ki, a qardaş, sən kimsən, nəçisən? Gedəh mənnən çörəh yeyəh.
| |
| |
Təqvim |
|
|
« Dekabr 2024 » | B. | B.e. | Ç.a. | Ç. | C.a. | C. | Ş. | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |
|
|
|