Cümə axşamı, 2024-11-21, 12:01 PM

Salam Qonaq | RSS
Sayt menu
Bölmələr
Məzəli şəkillər [20]
Təbiət qəribəlikləri [5]
Karikaturalar [4]
Avtomobil [8]
Lətifələr [37]
Hazır SMS [0]
Mobil [6]
Idman [3]
Video [2]
Kitablar [3]
Satiralar [7]
Mif və rəvayətlər [6]
Reklamlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ana səhifə» 2008 » İyun » 24 » Kişi ve Ezrayıl
Kişi ve Ezrayıl
5:18 AM
 
Kişi ve Əzrayıl
 

Bir kişi varıymış. Bı kişi ömründə çörəyi təh yeməzmiş. Həmməşə

yoldan bir adam götürüp gələrmiş əvə, birlihdə çörəh yeyərmişdər.

Bir gün ha baxır bir qərip adam görmür ki, gətirsin çörəh yesinnər.

Oyız, bıyız, axırda görür ki, bir adam yolunan gedir. Yaxınnaşıp soruşur

ki, a qardaş, sən kimsən, nəçisən? Gedəh mənnən çörəh yeyəh.

Yolçu deyir ki, mən Allaham. Kişi deyir ki, ta yox, bizimki tutmadı.

Mən Allahınan kürə olmanam. Çünki ikiüzdüsən, birini dövlətli

eliyirsən, birini kasıp eliyirsən, ayrı-seçkilih qoyursan.

Allahın xoşuna gəlir, gedip Əzrayıla deyir ki, get onnan çörəh

ye. Əzrayıl gəlir kişinin yanına. Kişi bınnan da kimliyin soruşur.

Eşidəndə ki, Əzrayıldı, deyir ki, hə, bax, sənnən çörəh də yeyərəm,

kürə də ollam. Onnan ötrü ki, sən ayrı-seçkilih qoymursan, hammının

canını alırsan.

Kişiynən Əzrayıl kürə olullar, çörəh kəsillər. İllər keçir, gün

olur ki, kişinin vaxdı tamam olur, Əzrayıl gəlir bının canın almağa.

Kişi deyir ki, səni and verirəm yediyimiz duz-çörəyə, canımı alma.

Əzrayıl çıxıp gedir. Bir müddətdən sonra gənə gəlir, deyir ki,

kürə, yat yerə canın alım, kəlmeyi-şəhadətini de.

Kişi kəlmeyi-şəhadətinin yarısını deyir, yarısın da saxlıyır ki,

yüz ildən sonra deyəcəm.

Əzrayıl çıxıp gedir uşaq donuna düşür, durur kişinin yolu üstündə.

Kişi gələndə başdıyır ağlamağa. Kişi gəlir, bınnan soruşur ki, a

bala, niyə ağlayırsan?

Uşaq deyir ki, maa deyillər ki, kəlmeyi-şəhadətin de, mən də başarmıram.

Kişi kəlmeyi-şəhadəti axıracan deyir, isdəyir ki, uşağa da

öyrətsin. Uşaq tez çönüp olur Əzrayıl. Deyir ki, kürə, yat canını alım.

Kişi görür ki, ta özgə əlacı yoxdu, yatır yerə, Əzrayıl da bının

canın alır.

Əsatirlər, Əfsanə və Rəvayətlər

Bölmə: Mif və rəvayətlər | Baxıldı: 1797 | Müəllif: admin | Reytinq: 4.0/1 |
Ümumi şərhlər: 0
Only registered users can add comments.
[ Register | Log in ]
Qeydiyyat
Təqvim
«  İyun 2008  »
B.B.e.Ç.a.Ç.C.a.C.Ş.
1234567
891011121314
15161718192021
22232425262728
2930
Axtar
 
Dost saytlar

 

Sayğaclar
 
 
 
 
Copyright "AyTur" Group © 2024