Cümə axşamı, 2024-03-28, 7:29 PM

Salam Qonaq | RSS
Sayt menu
Bölmələr
Məzəli şəkillər [20]
Təbiət qəribəlikləri [5]
Karikaturalar [4]
Avtomobil [8]
Lətifələr [37]
Hazır SMS [0]
Mobil [6]
Idman [3]
Video [2]
Kitablar [3]
Satiralar [7]
Mif və rəvayətlər [6]
Reklamlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ana səhifə» 2008 » İyul » 7 » Ağrı dağ və Haça dağ
Ağrı dağ və Haça dağ
6:13 AM

Deyirlər ki, qədim zamanlarda yer üzündə iki dev varımış. Bu

devlərin biri Məğribdə, o birisi Məşriqdə yaşayırmış. Bunlar qoldaqüvvətdə

bir-birindən geri qalmazmış. Hər ikisi öz igidliyindən

dəm vurub “mənəm-mənəm” deyərmiş.

Onlar bir-birinin haqqında çox eşidibmiş, amma heç vaxt görüşməyiblərmiş.

“İki qoçun başı bir qazanda qaynamaz!” – deyib,

Naxçıvanda görüşmək qərarına gəlirlər.

Uzun səfərdən sonra onlar Naxçıvanda üz-üzə durub vuruşmağa

başlayırlar. Vuruşları çox çəkir, heç biri üstün gələmmir. Bu

minvalnan xeyli vuruşurlar, di gəl bir şey çıxmır.

Devlər qurşaq tuturlar, genə bir-birini yıxammırlar. Axırda toppuz

vuruşuna keçirlər. Sən demə, bu devlərdən biri qadınmış, o biri

kişi. Amma bu məsələdən kişi devin xəbəri yoxuymuş. Toppuz vuruşu

da çox bərk gedir. Birinci, ikinci vuruşda toppuzlar göydə çox

toqquşur. Üçüncü vuruşda toppuzu bir-birinin başına endirə bilirlər.

Qadın devin toppuzu kişi devin başın haçalayır, kişi devin toppuzu

da nə təhər bərk dəyirsə, qadın dev uşaq salmalı olur. Həm də zərbələrini

bərk vurduqlarından bir-birindən aralı düşürlər. Kişi dev

öz əməlindən peşman olur, yaralı-yaralı başını qaldırır ki, qadın

devi görsün, amma qadın dev çox aralı düşmüşmüş.

Devlərin vuruşu göylərə xoş getmir. Hər iki devi Tanrı daşa

döndərir. Üstündən xeyli keçəndən sonra devlər iki dağa dönüb

aralıdan bir-birinə baxırlar.

O vaxtdan kişi dev “Haça dağ”, qadın dev isə “Ağrı dağ” adıyla

tanınır. Ağrı dağın yanında balası da var.

 

Əsatirlər, Əfsanə və Rəvayətlər

Bölmə: Mif və rəvayətlər | Baxıldı: 3283 | Müəllif: admin | Reytinq: 4.0/1 |
Ümumi şərhlər: 3
2009-07-24
3. ulduz85
coooooooooooooooox maraqsiz saytdi. hec beyenmedim

2009-01-20
2. Elsen Alekberov (Elmliadam)
saytla bagli bir fikrim var niye sayta proqramlar elave etmirsiniz? bu oxucuda daha da maraq oyadar.

2009-01-20
1. Elsen Alekberov (Elmliadam)
cox maraqli revayetdir oxucuda cox maraqoyadir

Only registered users can add comments.
[ Register | Log in ]
Qeydiyyat
Təqvim
«  İyul 2008  »
B.B.e.Ç.a.Ç.C.a.C.Ş.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Axtar
 
Dost saytlar

 

Sayğaclar
 
 
 
 
Copyright "AyTur" Group © 2024