Teymur Ləng Molla Nəsrəddinə əmr eləyir ki:
– Şəhər dolub dilənçi ilə. Özləri də elə üzlü, elə həyasız olublar ki,
tutduqlarını buraxmırlar. Kağız-qələm götürüb lap o həyasızlarının siyahısını
tutarsan, şəhərdən sürgün eləyəcəyəm.
Molla kağız-qələm götürüb, Teymurun öz adını birinci yazır, özünə
verir. Teymur kağıza baxan kimi dəli olur. Molla deyir:
– Niyə hirslənirsən, qibleyi-aləm! Özün dedin ki, lap həyasız dilənçilərin
adını yazıb sənə verim. Mən də yazdım də...
Teymur deyir:
– A kişi, mən boyda Teymur Ləng dilənçiyəm? Özü də lap həyasızı?
Molla deyir:
– Niyə hirslənirsən, qibleyi-aləm!? Cidanı çuvalda gizlətmək olmaz.
Dilənçisən, özü də lap həyasızından.
Teymur deyir:
– Demək, sənin fikrincə, gərək mən şəhərdən sürgün olunam?
Molla deyir:
– Bəli, qibleyi-aləm! O biri dilənçilər sənin kimi qorxulu deyillər.
Onlar camaatdan yalvarıb-yaxarıb alırlar. Amma sən döyüb-söyüb
alırsan.
Molla Nəsrəddin Lətifələri
|