Cümə axşamı, 2024-11-21, 6:51 AM

Salam Qonaq | RSS
Sayt menu
Bölmələr
Məzəli şəkillər [20]
Təbiət qəribəlikləri [5]
Karikaturalar [4]
Avtomobil [8]
Lətifələr [37]
Hazır SMS [0]
Mobil [6]
Idman [3]
Video [2]
Kitablar [3]
Satiralar [7]
Mif və rəvayətlər [6]
Reklamlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ana səhifə» 2008 » Mart » 29 » TEYMUR LENGSEN Kİ, VARSAN
TEYMUR LENGSEN Kİ, VARSAN
6:49 AM

Günün birində Teymur Ləng Mollaya deyir:

– Molla, bugün keyfim çox sazdı. Sənə bir şey bağışlamaq istəyirəm.

Amma bilmirəm nə bağışlayam ki, öz ürəyindən olsun.

Molla deyir:

– Qibleyi-aləm sağ olsun elə sən hər nə bağışlasan mənim ürəyimdən

olar.

Teymur deyir:

– Onda qoy mən bir-bir sayım, sən özün seç! Ya on qızıl, ya bir

at, ya bir sürü qoyun, ya da bir bağ. Hansını istəyirsən?

Molla deyir:

– Əgər mənim ürəyimi soruşursansa, mən istəyirəm sən sübut

eləyəsən ki, doğrudan da ədalətli bir şahsan.

Teymur deyir:

– Necə?

Molla deyir:

– Əgər mən on qızılı cibimə qoyub ata minsəm, qoyunları qabağıma

salıb bağa getsəm sən sübut eləmiş olarsan ki, ədalətli şahsan.

Teymur deyir:

– İştahan pis deyil. Əgər heç birisini verməsəm?

Molla deyir:

– Heç bir şey. Sübut eləmiş olarsan ki, elə Teymur Ləngsən ki,

varsan.

Molla Nəsrəddin Lətifələri

Bölmə: Lətifələr | Baxıldı: 1206 | Müəllif: admin | Reytinq: 0.0/0 |
Ümumi şərhlər: 0
Only registered users can add comments.
[ Register | Log in ]
Qeydiyyat
Təqvim
«  Mart 2008  »
B.B.e.Ç.a.Ç.C.a.C.Ş.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
 
Dost saytlar

 

Sayğaclar
 
 
 
 
Copyright "AyTur" Group © 2024