Cümə axşamı, 2024-11-21, 6:47 AM

Salam Qonaq | RSS
Sayt menu
Bölmələr
Məzəli şəkillər [20]
Təbiət qəribəlikləri [5]
Karikaturalar [4]
Avtomobil [8]
Lətifələr [37]
Hazır SMS [0]
Mobil [6]
Idman [3]
Video [2]
Kitablar [3]
Satiralar [7]
Mif və rəvayətlər [6]
Reklamlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ana səhifə» 2008 » Mart » 29 » BADIMCAN MESELESİ
BADIMCAN MESELESİ
6:52 AM

Bir gün Molla Teymur Lənglə bir süfrədə əyləşib xörək yeyirmiş.

Ortalığa badımcan boranısı gətirirlər. Teymur Mollanı sınamaq məqsədi

ilə deyir:

– Dünyada mənim ən çox sevdiyim şey badımcandır.

Molla Nəsrəddin deyir:

– Mənim də, qibleyi-aləm!

Bir az keçəndən sonra Teymur deyir:

– Amma xörəyi o qədər də yeməli olmur. İllərlə badımcan xörəyi

yeməsəm heç yadıma düşməz.

Molla Nəsrəddin deyir:

– Mənim də, qibleyi-aləm!

Bir azdan Teymur deyir:

– Bu badımcanı yeyəndən sonra həmişə mənim ürəyim döyünür,

başım ağrıyır.

Molla Nəsrəddin deyir:

– Mənim də, qibleyi-aləm!

Teymur deyir:

– Amma burası var ki, zəhrimar çox qüvvətli, çox da mənfəətli

şeydir. Yeyən kimi elə bil ki, gözlərimin işığı artır.

Molla deyir:

– Mənim də, qibleyi-aləm!

Naharın sonunda Teymur aşpazı çağırıb deyir:

– Bir də süfrəyə badımcan qoysanız dərinizi badımcan kimi soyduracağam.

Bir dəfə bilin ki, mənim badımcandan zəhləm gedir.

Molla tez yediyi badımcan boranısını itələyib deyir:

– Mənim də, qibleyi-aləm, görməyə gözüm yoxdur.

Teymur deyir:

– Ay Molla sən nə qəribə adamsan?! Mən bu yazıq badımcan haqqında

bu gün nə dedimsə, sən təsdiq elədin. Dedim xoşuma gəlir, dedin

mənim də. Dedim xoşuma gəlmir, dedin mənim də. Bu necə olan

şeydi?

Molla deyir:

– Bu çox aydın məsələdi, qibleyi-aləm. Gərək elə belə də ola.

Çünki mən səndən donluq alıb sənə qulluq eləyirəm, badımcana qulluq

eləmirəm ki...

Molla Nəsrəddin Lətifələri

Bölmə: Lətifələr | Baxıldı: 1331 | Müəllif: admin | Reytinq: 0.0/0 |
Ümumi şərhlər: 0
Only registered users can add comments.
[ Register | Log in ]
Qeydiyyat
Təqvim
«  Mart 2008  »
B.B.e.Ç.a.Ç.C.a.C.Ş.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
 
Dost saytlar

 

Sayğaclar
 
 
 
 
Copyright "AyTur" Group © 2024