Teymur Ləngə xəbər verirlər ki, Molla Nəsrəddin bir məclisdə
onun zülmkarlığından danışırmış. Teymur hirslənib Mollanı hüzuruna
çağırır ki:
– Bu nədir? Yoxsa başın bədəninə ağırlıq eləyir? Deyirlər məclislərdə
mənim zülmkarlığımdan danışırsan.
Molla deyir:
– Qibleyi-aləm sağ olsun! Sən özün bilirsən ki, mən həmişə elə
söz deyirəm ki, qəribə olsun, təzə olsun, heç kəsin eşitmədiyi, bilmədiyi,
danışmadığı olsun. Xoruz səsi eşitməmiş söz olsun. Sənin
zülmkarlığın, hamının bildiyi, danışdığı köhnə şeydir. Burada nə
qəribəlik var ki, mən də danışam? Sənə yalan deyiblər.
Molla Nəsrəddin Lətifələri
|