Deyirlər ki, Teymur Ləng Mollanın nə dərəcədə cəsarətli olubolmadığını
yoxlamaq üçün cəlladlara əmr edir ki:
– Bu saat bunu boğazından asarsınız!
Cəlladlar Mollanı qarmalayıb götürürlər. Molla heç bir söz demir.
Qapıdan çıxdıqları vaxt Teymur soruşur:
– Axır dəqiqələrindir, Molla. Vəsiyyətin varsa, elə!
Molla deyir:
– Vəsiyyətim yoxdur. Ancaq balaca bir xahişim var.
Teymur deyir:
– De!
Molla deyir:
– Mənim boğazımdan yaman qıdığım tutur. Xahiş eləyirəm əmr
eləyəsiniz kəndiri boğazıma yox, belimə bağlasınlar.