Çərşənbə axşamı, 2019-08-20, 9:55 PM

Salam Qonaq | RSS
Sayt menu
Bölmələr
Məzəli şəkillər [20]
Təbiət qəribəlikləri [5]
Karikaturalar [4]
Avtomobil [8]
Lətifələr [37]
Hazır SMS [0]
Mobil [6]
Idman [3]
Video [2]
Kitablar [3]
Satiralar [7]
Mif və rəvayətlər [6]
Reklamlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ana səhifə» 2008 » İyun » 24 » Mollanın oğlu
Mollanın oğlu
4:50 AM
 

MOLLA NƏSRƏDDİNİN OĞLU

 

Deyirlər ki, günlərin birində Teymur Mollanın oğlunu saraya gətirtdirir.

Baxır ki, uşaq lap atasına oxşayır. Boy-buxunu, sir-sifəti,

ağız-burnu lap Molla Nəsrəddindi ki, durub. Fikirləşir ki, görəsən

uşaq sözdə-söhbətdə də atasına çəkib, ya-yox? Çıxarıb ona bir qızıl

bağışlayır. Mollanın oğlu qızılı əli ilə itələyir. Teymur soruşur:

– Niyə almırsan?

Uşaq deyir:

– Anamdan qorxuram. O, mənə tapşırıb ki, küçədə tanımadığım

əmilərdən pul almayım.

Teymur deyir:

– Ay sağ ol, ancaq mən ananın dediyi o küçələrdəki əmilərdən deyiləm.

Mən padşaham.

Uşaq deyir:

– Mən görürəm ki, sən padşahsan. Ancaq anam inanmaz ki, sən

padşahsan.

Teymur soruşur:

– Niyə inanmır?

Uşaq deyir:

– Ona görə inanmaz ki, padşah pul bağışlayanda bircə dənə bağışlamaz,

çoxlu-çoxlu bağışlar.

Molla Nəsrəddin Lətifələri 

Bölmə: Lətifələr | Baxıldı: 1212 | Müəllif: admin | Reytinq: 0.0/0 |
Ümumi şərhlər: 0
Only registered users can add comments.
[ Register | Log in ]
Qeydiyyat
Təqvim
«  İyun 2008  »
B.B.e.Ç.a.Ç.C.a.C.Ş.
1234567
891011121314
15161718192021
22232425262728
2930
Axtar
 
Dost saytlar

 

Sayğaclar
 
 
 
 
Copyright "AyTur" Group © 2019