Çərşənbə axşamı, 2019-08-20, 9:58 PM

Salam Qonaq | RSS
Sayt menu
Bölmələr
Məzəli şəkillər [20]
Təbiət qəribəlikləri [5]
Karikaturalar [4]
Avtomobil [8]
Lətifələr [37]
Hazır SMS [0]
Mobil [6]
Idman [3]
Video [2]
Kitablar [3]
Satiralar [7]
Mif və rəvayətlər [6]
Reklamlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ana səhifə» 2008 » İyun » 24 » Molla ve Cavan
Molla ve Cavan
4:52 AM
 

MOLLA VƏ CAVAN

 

Qış axşamlarından birində Molla məhəllədəki çayçı dükanına gedir.

Fikir verib görür ki, dükanın küncündə bir cavan oğlan oturub, amma

elədi, elədi ki, elə bil qəm dəryasına batıb. Molla maraqlanıb cavana

yaxınlaşır, bir az ordan-burdan söhbət eləyəndən sonra soruşur:

– Qardaş, de görüm, sənə nə dərd üz verib ki, belə qəm dəryasına

batmısan?

Cavan bir ah çəkib başlayır ki:

– Molla əmi, səndən ayıb olsa da, mən filan tacirin qızına aşiq olmuşam.

Qız da məni sevir. İkimiz də bir-birimizə söz verib əhdpeyman

bağlamışıq. O, dövlətli tacir qızıdı, amma mən, necə ki görürsən,

yoxsul bir oğlanam. Çox götür-qoy eləyəndən sonra axırı dünən

getdim tacirin yanına ki, bəs, qızını ver mənə. Tacir bir altdan yuxarı

mənə baxıb dedi:

– Qızımı nə qədər sevdiyini gərək sübut eliyəsən. O da belə olar

ki, gərək çayda buzu sındırıb girəsən soyuq suyun içinə. Ta səhərə qədər

orada qalasan. Əyər bunu eləsən onda qızı sənə verərəm.

Mən məhəbbətin gücündən "baş üstə" deyib oradan çıxdım. Gözlədim

qaranlıq düşdü.Gəldim çayın kənarına. Buzu sındırıb boğazacan

girdim soyuq suyun içinə. Qar yağırdı, külək vıyıldayırdı, bir soyuq

var idi ki, day nə deyim. Düz sübhə qədər qaldım suyun içində. Elə ki,

səhər açıldı, sudan çıxdım, üz qoydum tacirin evinə. İçəriyə girib dedim:

"Tacir, əl-əhdü minəl-vəfa. Mən şərti yerinə yetirdim, sən də

vədinə əməl eylə". Tacir yenə də bir altdan yuxarı mənə baxıb dedi:

– Yalan deyirsən. Sübut elə ki, sən doğrudan da səhərə qədər suda

qalıbsan.

Mən and-aman eləyib dedim:

– Vallah, billah, qalmışam. Hətta o uzaq kəndlərin birində bir pəncərədə

bir şam da yanırdı.

Tacir gülüb dedi:

– Demək, şərtimiz pozulub. Sən gözünlə işığa baxıb qızınıbsan.

Mən nə qədər elədim ki, "ay canım, iki ağaclıqdan da şam işığına

baxmaqla adam qızına bilərmi?" – kar eləmədi ki, eləmədi. Mən işi

hakimə verdim. Bilmirəm hakimlə gedib nə çuğullaşdı, nə çuğullaşmadı,

hakim də onun dediklərini təsdiq eyləyib məni çıxardıb qovdu.

İndi işim olub belə ahü-zar.

Molla əvvəldən axıra kimi diqqətlə qulaq asıb cavana deyir:

Sabah axşam mənə qonaqsan. Gəlməmiş olma!

Molla durub oradan bir baş Teymur Ləngin hüzuruna gedir. Baş

əyib deyir:

– Qibleyi-aləm, sabah axşam mənə qonaqsınız.

Oradan gedib həmən hakimi, həmən taciri də çağırır. Bəli, sabah

olur. Teymur, hakim, tacir və başqa dəvət olunmuşlar gəlirlər. Molla

bunları yaxşıca qəbul eləyir, əyləşdirir, özü haraya isə çıxıb gedir.

Teymur ətrafa göz gəzdirib görür ki, nə ocaq yanır, nə qazan qaynayır.

Qalır məəttəl ki, bu necə qonaqlıqdır... Qərəz, bir-iki saat gözləyirlər,

Molla gəlmir. Axırda Teymur arvadı çağırıb soruşur:

– Ay bacı, bəs Molla hara getdi?

Arvad deyir:

– Bağçanın dibində sizin üçün plov bişirir. Teymur qonaqları da

götürüb gedir bağçanın dibinə. Baxır ki, Molla uca bir ağacın başından

bir putluq qazan asıb, ağacın dibində də bir şam yandırıb, oturub gözləyir.

Teymur soruşur:

– Molla bu nədir? Burada nə qayırırsan?

Molla çox sakit deyir:

– Qibleyi-aləm sağ olsun! Su asmışam, gözləyirəm qaynasın, sizin

üçün plov bişirim.

Teymur hirslənib deyir:

– Adə, sən özünü dolamısan, ya bizi? Buradan da oraya isti dəyib

su qızar?

Molla ondan də bərk hirslənib deyir:

– Bəs iki ağaclıqda yanan şama baxmaqla da bədən qızar ki, sən o

hökmü çıxarıbsan?

Teymur soruşur: "bu nə məsələdir?". Molla əhvalatı ona danışır,

qızı alıb oğlana verir.

 

Molla Nəsrəddin Lətifələri 

Bölmə: Lətifələr | Baxıldı: 1300 | Müəllif: admin | Reytinq: 0.0/0 |
Ümumi şərhlər: 0
Only registered users can add comments.
[ Register | Log in ]
Qeydiyyat
Təqvim
«  İyun 2008  »
B.B.e.Ç.a.Ç.C.a.C.Ş.
1234567
891011121314
15161718192021
22232425262728
2930
Axtar
 
Dost saytlar

 

Sayğaclar
 
 
 
 
Copyright "AyTur" Group © 2019